Xəbər Lenti

    Avropa birinciliyində erməni üzərində parlaq qələbəmiz

    BoksTarix: 2017-10-23 22:40:00
    ...

    Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.

    Belə ki, 52 kq çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda İvan Prislə (İngiltərə) gücünü yoxlayacaq.

    Əlizadənin uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. 1/8 finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0. Həsənov 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.

    Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal üçün Qabriel Dossenlə (İrlandiya) döyüşəcək.

    75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. Boksçumuz Edqars Korzenevskisi (Latviya) II raundda nokauta salıb. O, 1/4 finalda fransalı Moreno Fendero ilə münasibətinə aydınlıq gətirəcək.

    Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gəlməklə, mərhələ adlayıb. Həmyerlimiz 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) mübarizə aparacaq.

    Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz III raundun gedişində rəqibini nokauta salıb. 1/4 finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3