Xəbər Lenti

    Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

    FutbolTarix: 2017-10-23 11:46:00
    ...

    Futzal üzrə Yüksək Liqanın 3-cü turu çərçivəsində “Marafon”la qarşılaşan və məğlub olan EKOL-un qapıçısı Emin Kürdov oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Sport24.az sizi həmin müsahibə ilə tanış edir:

    - Debütantla oyunda büdrədiniz, özü də fərqli hesabla. Hansı komponentlərdə rəqibdən geri qaldınız?
    - Rəqibimiz oyunu demək olar, müdafiədə keçirdi. Belə komandaya qarşı oynamaq isə çox çətindi. Onlar bizi əks-hücumlarda tutmağa çalışdılar və bunu bacardılar. Birinci hissəni yaxşı oynadıq, 3-4 epizodda hesabı aça bilərdik. Biz edə bilmədiyimizi rəqib reallaşdırdı. İkinci hissənin ilk 10 dəqiqəsi qolsuz keçdi. Amma “Marafon”un vurduğu birinci qol oyunun taleyini həll etdi. 0:4 hesabı oyuna görə deyil. Çünki biz daha sonra 5 oyunçu ilə davam etdik, son 2 qolu isə penaltidən və 10 metrlik cərimə zərbəsindən buraxdıq. Çempionat davam edir. Sadəcə, bu oyundan dərs çıxarmalıyıq. “Araz”ı çıxmaq şərti ilə digər komandalar qarşılaşmalara ciddi hazırlaşır və müdafiəyəmeyilli oyun tərzinə üstünlük verirlər. Bu cür komandalara qarşı oynamaq çox çətindi və bunun üzərində işləməli, nəsə fikirləşməliyik.

    - EKOL-un indiki heyətinin üzvləri neçə illərdi bir komandanın forması altında çıxış edirlər və daha təcrübəlidilər. Niyə fərqli hesabla yenilgidən qaça bilmədiniz?
    - Təcrübə baxımından həqiqətən də biz rəqibdən öndəyik, heyətimizdə millinin üzvləri də yer alır. Ancaq bu üstünlüyü oyunda göstərə bilmədik, alınmadı. “FK İD Futsal”la oyunda da belə oldu. Neçə qol epizodunu qaçırdıq, yalnız son dəqiqələrdə qələbə topunu vura bildik.

    - Niyə istədiyinizi meydanda göstərə bilmirsiz? Alınmamasının səbəbi nədi?
    - Üç ildi EKOL-da çıxış edirəm. Bu müddət ərzində əsas problemimizin qol vura bilməmək olduğunu gördüm. Razıyam, 10 epizoddan 4-5-ni deyil, heç olmasa, birini qola çevirək. Amma vura bilmirik, sonra da çətin olur. Komandalar çəkilir müdafiəyə, əks-hücumlarda bizə qol vurmağa çalışırlar. Ötənilki mövsümü unutmalıyıq. Çünki cari çempionat bütün komandalar üçün çətin keçəcək. Bu oyunu unutmalıyıq, rəqiblərin hər biri ilə daha 3 oyunda qarşılaşacağıq. Hələ heç nə bitməyib. Toparlanıb, sözümüzü deyəcəyik. “Marafon” komandasını da əzmkar oyuna görə təbrik edirəm.

    - Necə düşünürsən, debütant komandalar çempionata marağı artırıb?
    - Böyük rəng qatıblar. Bu gediş bizim üçün də maraqlıdı. İndi oyuna çıxanda bilirik ki, çətin sınaq gözləyir bizi. Çünki heç bir komanda oyunu yola vermək üçün parketə çıxmır.

    - Yeri gəlmişkən, ötən həftə “Araz”la birgə UEFA Kuboku turnirində iştirak etdiniz. Uğursuz nəticənin səbəbini izah edə bilərsinizmi?
    - “Qara zolağ”a düşmüşük. Götürək “Deva” ilə oyunu. Bayaq EKOL-un heyətinin daha təcrübəli oyunçulardan qurulduğunu qeyd etdiniz. “Araz”ın heyətində də bu cür oyunçular çoxdu və “Deva”dan ən azı 2-3 dəfə güclüdü. Bundan sonra onlarla 5 dəfə də oynasaq, hamısında “Araz” qalib gələcək. Həmin gün rəqibin azarkeşləri möhtəşəm idi, komanda çox yaxşı köklənmişdi oyuna. Bunun sayəsində də sona qədər mübarizə apardılar.

    - Deməli, “Araz” oyuna arxayın çıxıb?
    - Arxayınlıq var idi. Rəqibdə isə köklənmə əksinə idi, xüsusilə də psixoloji baxımdan. Müdafiədən oynadılar, əks-hücumlarda bizi yaxaladılar, qol vurdular, yenidən müdafiəyə çəkildilər. Kuryoz qollar oldu.

    - İstənilən halda, “Araz”ın elit-raunda yüksələ bilməməsi futzal aləmində böyük sensasiya olub…
    - “Araz”ın mübarizəni davam etdirməməsi çempionatımız üçün də mənfi haldı. Çünki bu komandanın avrokuboklarda mümkün qədər irəliləməsi çempionatımızın da səviyyəsinin qalxmasına təkan olacaq.

    - Bu nəticə milli komandanın Avropa çempionatının final mərhələsindəki çıxışına təsir edə bilərmi?
    - “Araz” millinin bazasıdı, amma tam heyəti deyil. Çünki karyerasını kənarda davam etdirən Vassura, Fineo, Borisov, zədəli Qalo kimi futzalçılarımız var. Onların heyətə qoşulması millini gücləndirəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3