Xəbər Lenti

    Fariz Nəcəfov Kəmaləddin Heydərovun təbrikindən danışdı: "Bu il çalışacağıq ki, həmin səhvləri etməyək"

    FutbolTarix: 2017-10-22 21:29:00
    ...

    “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqanın IX turunun son oyununda “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, klub rəsmisi əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

    - Hamı bilirdi ki, maraqlı və gərgin oyun olacaq. Uduzsaydıq, demək olar ki, çempionluqdan xeyli uzaqlaşacaqdıq. Ona görə də komanda oyuna çox ciddi hazırlaşmışdı. Mənə elə gəlir ki, uşaqlar psixoloji olaraq da oyuna yaxşı hazırlaşmışdılar. Qələbə qazanacağımızı gözləyirdim. Tamamilə buna köklənmişdik.

    - Nazir Kəmaləddin Heydərov da bu gün stadionda idi. Maraqlıdı, futbolçulara nə dedi?

    - Təbrik etdi, getdi.

    - “Qəbələ” bundan əvvəlki bəzi oyunlarda gözəl oynayıb, xal itirirdi. Amma ardıcıl 2 oyundur əks-hücum takstikasını seçir. Demək olar ki, komanda bundan sonra bu cür oyuna üstünlük verəcək?

    - “Sumqayıt”la oyunumuzu, açığı, mən də bəyənməmişdim. Həmin oyunda qələbə bizə o qədər lazım idi ki, futbolçular artıq özləri qərar vermişdilər ki, müdafiədə oturmaq lazımdı. Bugünkü oyunun isə taktikası bu idi. Birinci hissədə qarşılıqlı oyun getdi. İkinci hissədə isə hesabı qorumaq lazım idi.

    - Bu qələbə yəqin ki, digərləri ilə müqayisədə daha fərqli idi. Çünki son çempion, lider və eyni zamanda Çempionlar Liqasında oynayan bir rəqibi məğlub etdiniz. Qələbə komandaya hansı dərəcədə təsir göstərəcək?

    - Əlbəttə, çox müsbət təsir göstərəcək. Yenə deyirəm, keçən mövsüm də, bu il də əsasən zəif rəqiblərlə görüşlərdə xallar itirmişik. Bu barədə komanda ilə çox söhbətimiz olub. İnanıram ki, növbəti turlarda öz futbolumuzu oynayacağıq.

    - Qolda oyundankənar vəziyyət olduğu ilə bağlı şübhələr var...

    - Bilmirəm. Ona baxmaq lazımdır.

    - Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiz?

    - Normal hakimlik oldu.

    - Ötən mövsümün böyük hissəsində “Qarabağ”dan öndə idiz. Amma üstünlüyü sonadək qoruya bilmədiz. Bu, nə ilə bağlı idi?

    - Bu barədə keçən il kifayət qədər danışmışıq. Bu il çalışacağıq ki, həmin səhvləri etməyək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3