Xəbər Lenti

    Şehiçin 176 gün sonra məyus olduğu an

    FutbolTarix: 2017-10-22 19:29:00
    ...

    "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasının cari mövsümündə ilk dəfə qapısında top görüb. Sport24.az xəbər verir ki, bu, IX turu bitirən "Qəbələ"ylə səfər matçında baş verib. Rəqibin vitse-kapitanı 8-ci dəqiqədə vurduğu qolla hesabı açıb. 

    Ağdam klubu cari mövsümdə 3 qapıçıdan istifadə edən yeganə klubdu. İlk 5 oyunda ukraynalı Anton Kanibolotskiyə şans verən baş məşqçi Qurban Qurbanov "Zirə"ylə ev oyununda qapıya Şahruddin Maqomadiliyevə tapşırdı. Tofiq Bəhramov adına Resoublika stadionundakı matçın qolsuz bərabərliklə nəticələndiyini nəzərə alsaq, dağıstanlı qolkiper top buraxmayıb. Son 2 turda isə "Qarabağ"ın qapısını Şehiç qoruyur. O, ötən tur "İnter"lə səfər matçında top buraxmamışdı. 

    İbrahiç çempionatımızda sonuncu dəfə ötən mövsün son turda, aprelin 29-da "Neftçi"yə "Bakcell Arena"da 2:1 hesabı ilə qalib gəldikləri oyunda qol buraxmışdı. Bu, 176 gün öncəki matçın 89-cu dəqiqəsində rəqibin çilili yarımmüdafiəçisi İqnasio Herrera tərəfindən reallaşıb. 

    Çempionlar Liqasının qrup mərhələsində də "çərçivə"ni qoruyan İbrahim "Atletiko"yla Bakı Olimpiya Stadionunda qolsuz bərabərliklə nəticələnən matçda da qapısında top görməmişdi. Bosniyalı qapıya sonuncu dəfə sentyabrın 27-də II turda "Roma"yla ev matçında 15-ci dəqiqədə həmyerlisi Edin Dzeko vurub. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3