Xəbər Lenti

    Yuri Syomin Qurban Qurbanova zəng edib: “Qarabağ”la “Qəbələ” bütün Azərbaycan futbolunu irəli aparır"

    FutbolTarix: 2017-10-22 18:48:00
    ...

    “Qrupdakı iki məğlubiyyət qaçılmaz idi. Əsas odur ki, onlar düz istiqamətdədirlər. “Qarabağ” və “Qəbələ” bütün Azərbaycan futbolunu irəli aparır”. Sport24.az xəbər verir ki, bu sözləri Moskvanın “Lokomotiv” komandasının baş məşqçisi Yuri Syomin “Qarabağ”ın Çempionlar Liqasıdakı çıxışını “Moksva-Baku” jurnalına şərh edərkən deyib.

    O qeyd edib ki, bu iki klub uşaq və yeniyetmə futboluna, infrastruktura ciddi fikir verir: “Ölkədə futbolun bütün ağırlığı məhz bu iki klubun çiynindədir. O ki qaldı “Qarabağ”ın Avropanın nəhəng klublarına məğlubiyyətinə, hamı uduzur. Hələlik onlar heyətində dünyanın ən güclü futbolçuları olan klublarla rəqabət aparmaq gücündə deyillər (müsahibə “Atletiko” ilə Bakıdakı oyundan əvvəl götürülüb – red.). “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynaması böyük uğurdur”.

    Qurban Qurbanov haqda

    Yuri Syomin həmkarı Qurban Qurbanov barədə də danışıb: “Klubun rəhbərliyi sağ olsun ki, bu məşqçiyə həmişə tam dəstək olur və inanır. O, çox perspektivli məşqçidir. Müasir futbolu yaxşı görür, başa düşür, görün, “Qarabağ”ı hansı səviyyəyə çıxarıb. Yeri gəlmişkən, mən onunla yaxşı tanışam. Biz tez-tez danışırıq. “Kopenhagen”lə oyundan sonra ona zəng vurdum. Biz Azərbaycan çempionatında bir-birimizə xoş rəqib olmuşuq. Çünki Qurban yaxşı insandır, yüksək səviyyəli peşəkardır. Hansı ki, onun yaratdığı komanda Azərbaycan futbolunu yaxşı səviyyədə təmsil edir”.

    Y.Syomin Qurban Qurbanovla etdiyi söhbət haqda danışmayıb: “Qoy bu peşəkar söhbət ikimizin arasında qalsın”.“Qəbələ”nin sabiq çalışdırıcısı deyib ki, Qurban Qurbanov öz üzərində çox çalışır, çox işləyir. Buna görə də məşqçi kimi uğurlara nail olur. (qol.az)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3