Xəbər Lenti

    Derbidə “Qarabağ” plakatı açılacaq

    FutbolTarix: 2017-10-22 14:11:00
    ...

    Bu gün Türkiyənin və dünyanın ən böyük derbilərindən biri – “Qalatasaray” – “Fənərbaxça” görüşü baş tutacaq. Sport24.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək bu oyunda “Qarabağ” plakatı açıla bilər. Plakatın Türkiyənin “Sabah” qəzetində Mevlut Tezelin “Qarabağ” azarkeşlərini aşağılayan məlum yazısına etiraz olaraq açılması təklif edilib. 

    Təklif “Fənərbaxça” klubunun ən böyük azarkeş qruplarında biri olan “Fenerist” tərəfindən irəli sürülüb: “Fənərbaxça” və “Qalatasaray” azarkeşlərindən ricamız bu “tərbiyəsiz” yazıya qarşılıq derbidə “QARABAĞ” plakatı açmalarıdı”.



    Qeyd edək ki, Türkiyə Super Liqasının ötən gün baş tutan “Yeni Malatyaspor” – “Trabzonspor” matçında da məlum məsələ ilə bağlı “Qarabağ” fanatlarına dəstək göstərilib. Belə ki, trabzonlu fanatlar oxşar formada “Trabzon” sözünü və Azərbaycan bayrağını tribunada yanaşı nümayiş etdiriblər.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3