Xəbər Lenti

    "Kəpəz"in futbolçusu inzibatçısı ilə insidentindən danışdı: "Mən tərəfdən nəsə səhv varsa, üzr istəyirəm"

    FutbolTarix: 2017-10-22 13:40:00
    ...

    “Kəpəz”in futbolçusu Tural Rzayev Topaz Premyer Liqaslnn IX turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran gəncəli yarımmüdafiəçi oyundan sonra komandanın inzibatçısı Cavid Əhmədovla aralarında baş verən gərginliyə də aydınlıq gətirib.

    - Məğlubiyyətinizə nə səbəb oldu?

    - Hər iki komandanın qol imkanları oldu. İki tərəf də ələbəyə yaxın idi. Mübarizə meydanın mərkəzində getdi. Elə bir oyun idi ki, bir qol vuran qalib də gələcəkdi. hücumçumuz Viktor qapıçı ilə üzbəüz qaldı. Bu, qol olsaydı, matç tamam başqa cür olacaqdı. Amma bu, alınmadı. “Neftçi” isə bizdən fərql qol imkanından maksimum yararlandı. Rəqibi qələbə münasibətilə təbrik edirik. Bundan sonra diqqətimizxi “İnter”lə oyuna yönəltməliyik. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Ardıcıl məğlubiyyətlərimiz olur. Azarkeşlər də bu durumdan narazıdır. Növbəti turda qalib gələrək “qara zolaq”dan çıxmaq istəyirik.

    - Hər oyundan sonra “Kəpəz”in futbolçularından nikbin açıqlamalar eşidirik. Amma hər dəfə görürük ki, bunlar sadəcə, sözdə qalır, meydanda bunun əksi görünmür...

    - Düzdür, bundan əvvəlki matçda da yaxşı oynamamışdıq. Amma “Zirə” ilə qarşılaşmada pis təsir bağışlamamışdıq. Rəqib bizi əks-hücumlarda yaxalayaraq qalib gəldi. “Neftçi”yə qarşı da pis oyun göstərmədik. Açıq oyun gedirdi. Sadəcə, bəxtimiz gətirmədi. İlk qolu "Kəpəz" vursaydı, qələbəni çətin əldən verərdi. Hətta əks-hücumlarda ikinci qolu da vura bilərdik. 

    - Hücumda çatışmazlıq görünür. Son nöqtəni qoya bilmirsiniz...

    - Düzdür. Bu, vurduğumuz qolların az olmasında da görünür. Həqiqətən ön xətdə çatışmazlıqlar var. Ələ düşən qol imkanlarını dəyərləndirməliyik. Hər matçda 10-15 imkan ələ düşə bilməz. 1-2 şans olur ki, bunları gərək dəyərləndirəsən.

    - Oyunun idarəçiliyindən razı qalmadı? Bir epizodda Əliyar Ağayevin qərarı narazılıqla qarşılandı. Penalti gözləsəniz də, o, davam qərarı verdi...

    - Həmin epizodu tam görmədim. Təkrarına baxmaq lazımdı. Mənə elə gəldi ki, penaltidi.

    - Gəncəli olduğundan komandanın bu cür zəif çıxışı ən çox sənə təsir edir. Bununla bağlı nəsə edirsənmi? Futbolçulara başa salırsanmı ki, Gəncə üçün “Kəpəz” nə deməkdi?

    - Əslində, nəsə deməyimə ehtiyac yoxdu. Hamı başa düşür, “Kəpəz” nə deməkdi, gəncəli azarkeşləri necə tələbkardı. Hamıya ağırdısa, mənə ikiqat ağırdı. Çünki yaxınlarım hamısı burdadı. Özüm də məyusam. Adam camaat içərisinə çıxmağa utanır. Gəncəliyəm, bu komandanı təmsil etdiyimdən daha yaxşı oynamalıyam. Hamıdan daha çox mən can qoymalıyam. Bunu da edirəm. Yəqin ki, düzələr.

    - Bəzi gəncəli fanatlarla, eyni zamanda, veteranlarla söhbət elədik. Onlar daha çox futbolçulardan narazıdı. Bildirirlər ki, futbolçular oynamaq istəmirlər, meydanda sadəcə, gəzişirlər. Bu fikirlərlə razısanmı?

    - Çatışmazlıqlarımızın olduğu məlum məsələdi. Hər şey yaxşı olsaydı, sonda getməzdik. Problemlərin səbəbi futbolçulardı. Çünki meydanda oynayan bizik. Ən böyük günah biz futbolçulardadı. Fiziki cəhətdən hər şey qaydasındadı. Bizdə daha çox ustalıq çatışmır. Ələ düşən imkanlardan istifadə edə bilmirik.

    - Oyundan sonra paltardəyişmə otağında inzibatçınız Cavid Əhmədovla aranızda narazılıq olub. Nə baş vermişdi?

    - Böyüdüləsi bir məsələ deyil. Sadəcə, məğlubiyyətdən doğan bir olay idi, hamımız gərginik. İstəməzdik ki, Gəncə stadionunun təmirindən sonra çıxdığımız ilk oyunda azarkeşlər qarşısında uduzaq. Hamı qələbə qazanmaq istəyirdi. Məğlubiyyətə görə gərginlik var idi. 

    - Cavid müəllim sənin çıxışına irad tutub. Sən də sərt şəkildə ona narazılığını bildirmisən...

    - Bir daha bildirirəm ki, məsələni böyütmək lazım deyil. Xırda gərginlik oldu, keçdi. Mən tərəfdən nəsə səhv varsa, üzr istəyirəm.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3