Xəbər Lenti

    “Qəbələ” Ukrayna klubuna məğlub oldu

    BoksTarix: 2017-10-22 12:08:00
    ...

    “Qəbələ” İdman Klubunun boks komandası beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, boksçularımız Ukraynanın Krivoy Roq şəhərində baş tutan matçda yerli KB-75-in idmançıları ilə üz-üzə gəliblər.

    Gənclər və Tələbələr İdman Sarayında baş tutan görüşdən öncə rəqib komandalar bir-birinə xatirə hədiyyələri veriblər. “Qəbələ” İdman Klubunun nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov ukraynalıların baş məşqçisi Sergey Krinitskiyə plaket təqdim edib. Həmçinin görüşə qonaq qismində dəvət olunan tanınmış ukraynalı boksçular rinqə çıxıb, iştirakçılara uğurlar arzulayıblar. 

    Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra iki komandanın boksçuları güclərini 7 çəki dərəcəsində sınayıblar. İqor Biletskinin baş hakimi olduğu qarşılaşmalara 56 kq çəki dərəcəsində döyüşlə start verilib. Maksim Fatiçlə görüşən Ümüd Rüstəmov rinqi qalib kimi tərk edib. Növbəti iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Timur Bilyak Elvin İsayevi (64 kq), Viktor Petrov Roman Zakirovu (69 kq) məğlub edib. 75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı Taras Qolovaşenkonu üstələyib hesabı bərabərləşdirsə də, günün son üç döyüşündə də ukraynalılar sevinib. Vladimir Skripka Rauf Rəhimova (81 kq), Konstantin Pinçuk Rahil Məmmədliyə (91 kq), İqor Şevadzutski Məhəmmədəli Tahirzadəyə (+91 kq) qalib gəlib. 

    Beləliklə, KB-75 klubu görüşdən 5:2 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmadan sonra qaliblərə, həmçinin fərdi fərqlənənlərə mükafatlar təqdim edilib. Boksçumuz Məhəmmədəli Tahirzadə də xüsusi hədiyyəyə layiq görülüb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3