Xəbər Lenti

    “Zirə”dən ilk məğlubiyyət, “Neftçi”dən ardıcıl 3-cü qələbə!

    FutbolTarix: 2017-10-21 18:55:00
    ...

    Bu gün Topaz Premyer Liqasında 9-cu turun növbəti oyunları keçirilib. Sport24.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

    Öncə “Kəpəz” uzun müddətlı ayrılıqdan sonra doğma meydanda, özü də yenilənmiş qazonda ilk matçına çıxıb. Şahin Diniyevin çalışdırdığı kollektiv son iki oyunda qələbə qazanmaqla özündən söz etdirən “Neftçi”ni qəbul edib. Prinsipial görüşün taleyini 1 qol həll edib. Ruslan Abışov qonaqlara vacib qələbə qazandırıb.

    Günün digər matçında isə “Zirə” “Sumqayıt”ın qonağı olub. Ayxan Abbasovun yetirmələri qazanılacaq xal və ya xallar sayəsində ən azı 1 günlük zirvəni ələ keçirmək imkanına malik idi. Görüşdə hesabı da qonaqlar açıblar. Amma əzmkarlıq nümayiş etdirən Sumqayıt təmsilçisi qalan dəqiqələrdə ardıcıl iki qol vurmaqla sonda qələbəni bayram edib.

    Xatırladaq ki, ilk oyun günündə debütant “Səbail” doğma meydanda “İnter”ə 1:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

    Topaz Premyer Liqası
    9-cu tur

    21 oktyabr (şənbə)

    “Kəpəz” – “Neftçi” 0:1
    Qol: R.Abışov, 41.
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
    Gəncə şəhər stadionu.

    “Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 24. Məhəmməd Qurbanov, 7. Sergey Çernişev, 8. Viktor Oseqeyl.
    Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 17. Əli Səmədov, 19. Aydın Qasımov, 2. Yusif Cəfərov, 12. İlyas Səfərzadə, 16. Azər Məmmədov.
    Baş məşqçi: Şahin Diniyev.
    “Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 6. Rəşad Sadiqov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas.
    Ehtiyat oyunçular: 44. Sənan Əlizadə, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek.
    Baş məşqçi: Tərlan Əhmədov. 

    “Sumqayıt” – “Zirə” 2:1
    Qol: A.Yunanov, 38. V.Hüseynov, 83 - S.Tounkara, 4.
    Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə
    Sumqayıt şəhər stadionu.

    “Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
    Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
    Baş məşqçi: Samir Abasov.
    “Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozej Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze.
    Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 20. Camal Camalov, 39. Sadiq Quliyev, 74. Yusif Nəbiyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov.
    Baş məşqçi: Ayxan Abbasov.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3