Xəbər Lenti

    "Atletiko"nun futbolçusu: "Qarabağ"? Bu komanda meydanda yaxşı işlər gördü"

    FutbolTarix: 2017-10-19 17:50:00
    ...

    "Əvvəlcədən də bilirdik ki, "Qarabağ"a qalib gəlməsək, vəziyyətimiz pis olacaq. Bundan sonrakı hər 3 oyunu qazanmalıyıq". Sport24.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Saul Niqes deyib. O, Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"la matçdakı 0:0-lıq heç-heçədən danışıb.

    Niqes onları daha çətin mərhələlər gözlədiyini bildirib: "Qarabağ"? Bu komanda meydanda yaxşı işlər gördü. Amma biz də şanslarımızı boşa verdik. Bundan sonra itirmək şansımız yoxdur. Başqa variantımız mövcud deyil. Soyunma otağında olanları danışmaq olmaz. Ən böyük problemimiz bilmirəm nədədir".

    Futbolçu matçın 73-cü dəqiqəsində Dino Ndlovuya göstərilən qırmızı vərəqədən də danışıb: "Qırmızı vərəqə haqqında heç nə deyə bilməyəcəm. Amma o müddətdə fərqlənməli idik. Lakin bəzən qələbə qazanmaq istəyi komandaya mane olur. Çünki təzyiq yanlışlara yol açır. İlk yarının sonlarında daha yaxşı oynadıq. Böyük komandamız var. Səhvlərimizi düzəltməyə çalışacağıq"

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3