Xəbər Lenti

    Tanınmış şərhçinin problemi həll olundu

    FutbolTarix: 2017-10-19 16:07:00
    ...

    Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri, "CBC Sport"un şərhçisi olan Pərviz Musayevin bu ilin yanvarında NLT Telekom-dan aldığı, amma daha sonra "Azercell" tərəfindən bloklanmış telefonuyla bağlı yaranmış problemi öz həllini tapıb. Sport24.az xəbər verir ki, bu haqda həmkarımız "Facebook"dakı şəxsi səhifəsində məlumat verib.

    O, NLT Telekom rəhbərliyinin dəvəti ilə bu gün onlarla görüşdüyünü, yaranmış problemi bir daha ətraflı müzakirə etdiklərini qeyd edib: "Söhbətin yekunu olaraq telefonu aldığım Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən NLT Telekom dükanının rəhbəri Elçin müəllim tərəfindən köhnəsi geri qaytarılmaqla mənə həmin telefonun yenisi təqdim edildi, əl sıxaraq bir-birimizə uğurlar arzuladıq. Şadam ki, NLT Telekom müştəri məmnuniyyətini hər şeydən üstün tutdu. Baş vermiş hadisənin ictimailəşməsində dəstək göstərənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Var olun!"

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3