Xəbər Lenti

    Zabit Səmədov xoş sürpizdən danışdı: "Qarabağ"ın ÇL-də səfər oyunlarını da izləməyə gedəcəm"

    FutbolTarix: 2017-10-18 23:11:00
    ...

    "Bu gün ikiqat bayramdır. "Qarabağ" Dövlət Müstəqilliyi günündə Çempionlar Liqası kimi Avropanın ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edir. Bu, ölkəmiz üçün doğrudan da böyük uğurdur". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov "Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III tur matçı ilə bağlı fikirlərini bildirərkən deyib. Tanınmış idmançımız Bakı Olimpiya Stadionunda izlədiyi matçın fasiləsi zamanı jurnalistlərin suallarını cavablandırıb.

    - İlk hissə sizi razı saldı?

    - Oyun çox gözəl gedir. İnanıram ki, axıradək belə davam edəcək və qalib gələcəyik. Uğur qazanmasaq belə, Çempionlar Liqasında çıxış etməyin özü belə böyük nailiyyətdi. Qismət olsa, növbəti illərdə Qarabağda oynayarıq. İnanıram ki, gələcəkdə daha gözəl oyunlar olacaq. "Qarabağ" bundan da böyük nailiyyətlərə imza atacaq.

    - Rəşad Sadıqovla yaxın dost olduğun məlumdur. Sadıqovun başa çatmaqda olan karyerası barədə hansı fikirdəsən?

    - Rəşad üçün də Çempionlar Liqasında çıxış etmək böyük uğurdu. Gələcəkdə digər futbolçularımız da gözəl çıxışları ilə xarici klublarda forma geyinəcəklərinə inanıram.

    - UEFA tərəfindən "Qarabağ"ın populyar azarkeşi seçilməyinlə bağlı düşüncələriniz necədi?

    - Bu, mənim üçün sürpriz oldu. Açığı, xəbərim yox idi. İlk olaraq saytlardan oxudum. Sonradan "Qarabağ" klubundan mənə zəng gəldi. Dedilər ki, belə bir seçim ediblər və mənə xoş oldu. Sağ olsunlar.

    "Qarabağ"ı "Atletiko" və "Roma" ilə səfər oyunlarında dəstəkləməyi planlaşdırırsınız?

    - Bəli. Hər iki səfər matçına getmək və komandamızı dəstəkləmək fikrindəyəm.

    - Yaxın gələcəkdə döyüşün nəzərdə tutulub?

    - Təklif olduqda, Çeçenistanın "Axmat" klubu adından döyüşürəm. Başqa təkliflər də olur. Sadəcə, daha sərfəli olduğu üçün "Axmat"ın təklifini qəbul edirəm. Çox istərdim ki, növbəti döyüşüm Bakıda olsun. Növbəti ilin əvvəlində döyüş keçirmək niyyətindəyəm. Rəqibimin ulduz olmasını arzulayıram. Belə birisi var. Bu, xorvatiyalı Mirko Cro Copdur. Çox əfsanəvi döyüşçüdü, UFC və K-1 döyüşlərində uğurla çıxış edir. 2013-cü ildə K-1 döyüşündə qalib olub. Bir dəfə ona mənimlə kəməri ortaya qoymağı və mənimlə döyüşə çıxmağı təklif etmişdim. Lakin sonda anlaşa bilməmişdik. Çünki kəmərini ortaya qoymaq istəmədi. Yenidən təklif ünvanlayacağam. Razılıq olsa, Bakıda döyüşəcəyik.

    - Dost olduğunuz Çeçenistan prezidenti Ramzan Kadırov sizdən "Qarabağ" barədə soruşur?

    - "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Kadırovla görüşmədiyimdən bu haqda söhbətimiz olmayıb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3