Xəbər Lenti

    Mahir Mədətov "Atletiko"nun prezidenti ilə görüşündən danışdı: "3 xal da qazana bilərdik"

    FutbolTarix: 2017-10-19 00:47:00
    ...

    “Qarabağ”ın futbolçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Atletiko” ilə 0:0 hesablı heç-heçə edərək ilk xalını qazandıqları oyundan sonra müsahib verib. Sport24.az xəbər verir ki, 20 yaşlı hücumçu jurnalistlərin suallarını cavablandırıb:

    - Evdə oyun keçirəndə komandaya inanıram, hər şey mümkündür. Yaxşı mübarizə apardıq. 3 xal da qazana bilərdik. 10 nəfərlə qalanda isə daha ehtiyatlı davrandıq. Uşaqlar yaxşı oyun sərgilədi.

    - Bu oyun “Qarabağ”a nə verdi? Digər matçlara baxanda bu gün daha inamlı idiniz...

    - “Roma” ilə oyunda ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq.

    - Qol vurmaq üçün yenə təcrübəsizlik çatmadı?

    - Nə deyim... Penalti epizodlarını demək olar. 2 epizoddan birində penalti var idi.

    - Cavab görüşü barədə nə düşünürsən?

    - Topaz Premyer Liqasında “Qəbələ” ilə oyunu düşünürəm.

    - “Atletiko”nun prezidenti ilə görüş keçirdiniz. Nə barədə danışdınız?

    - “Bakı”da oynadığım müddətdə “Atletiko”ya qarşı oynamışdım. Hamısı ispanca danışırdı, başa düşmürdüm.

    - Meydandakı atmosfer barədə nə deyə bilərsən?

    - Hamısı möhtəşəm idi. 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdür.

    - Qrupda 3-cü yeri tutaraq Avropa Liqasında vəsiqə qazanmaq olar?

    - Biz maksimum şəkildə çalışmalıyıq. Əlimizdən gələni etməliyik. Oyunlarda xal toplamalıyıq.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3