Xəbər Lenti

    Rəşad Sadıqov: "Hakimin rəqibə simpatiyası açıq-aşkar görünürdü"

    FutbolTarix: 2017-10-19 00:25:00
    ...

    "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko"yla evdə qolsuz bərabərliklə nəticələnən matçdan sonra brifinq keçirib.  Təcrübəli müdafiəçi Sport24.az-ın əməkdaşının da sualını cavablandırıb. 

    - Oyunun sonlarında çox yaxşı imkanlarımız oldu. Fikirləşirəm ki, bu, “Qarabağ"ın avrokuboklarda ən yaxşı oyunlarından biri idi. Çox şükürlər olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Bilirsiniz, çox çətin qrupa düşmüşük. Ehtimal var idi ki, qrupu xalsız başa vuraq. Amma çox istəyirdik ki, xal qazanaq. Düşünürəm ki, stadiona gələn azarkeşlər futboldan həzz aldılar. Yaxşı mübarizə getdi, qol imkanları oldu. Deyərdim ki, bu gün qoldan başqa hər şey oldu

    - Artıq “Qarabağ”ın Çempionlar Liqasının ritmini tutduğunu düşünmək olar?

    - Deməzdim. Qarşıda 3 oyunumuz var və onlardan ikisi səfərdədir. Bizi çox çətin səfərlər gözləyir. Həm “Atletiko”nun, həm də “Roma”nın qrupdan çıxmaq şansı var. Bu elə bir turnirdir ki, konkret fikir bildirmək olmur. Hər oyunda ilk dəqiqədən son ana qədər mübarizə aparmaq lazımdır.

    - Hakimdə rəqibə qarşı simpatiya hiss etmirdiniz?

    - Ümumiyyətlə, hakimlər haqda çox danışmağı xoşlamıram. Amma hakimin rəqibə simpatiyası açıq-aşkar görünürdü.

    - Necə düşünürsən, qrupu üçüncü pillədə başa vurmaq olar?

    - Bu gün qələbə qazansaydıq, şansımız daha çox olardı. Amma bilirsiniz ki, “Roma” və “Atletiko” ilə səfərdə oynayacağıq. Bir qədər çətin görünsə də, əlimizdən gələni edəcəyik.

    - Növbəti oyunda U-19-a kim rəhbərlik edəcək?

    - Madriddəki oyuna da getməyəcəm. Çünki “Roma” ilə oyundan sonra Qurban müəllim buna icazə vermədi. Fikirləşirəm ki, oyunçu kimi “Qarabağ”a lazımam.

    - Hakimlərin Madriddəki oyunda daha ciddi səhvlər etməsindən qorxmursunuz?

    - Bu tip şeylərə hazır olmaq lazımdır. Böyük komandalardı və belə komandalara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün hamı “Atletiko”nun daha irəli getməsini istəyər. Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Çünki ondan öncə də, şanslarımız oldu və yararlana bilmədik. Xüsusən də son dəqiqələrdə şanslarımız oldu.

    - Növbəti oyuna ciddi itkilərlə çıxacaqsınız. Çətin olmayacaq?

    - Dinonu itirdik, Bədavinin növbəti oyunda iştirakı sual altındadır. Düşünürəm ki, Hüseynovun zədəsi həddindən çox ciddidir. Bizi çempinatda da çətin oyun gözləyir. Fiziki baxımdan həmin oyuna köklənmək çox çətin olacaq. İki çempionat oyunumuz var və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3