Xəbər Lenti

    Tahir Gözəl: "Hesab edirəm ki, “Qarabağ” bu gün qələbə qazandı"

    FutbolTarix: 2017-10-19 00:14:00
    ...

    ““Qarabağ” bir daha sübut etdi ki, dünyanın, Avropanın ən nəhəng klubları ilə yaxşı mübarizə apara bilər”. Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bildirib. Klub rəsmisi matçdan sonra jurnalistlərə açıqlamasında oyunu şərh edib.

    - “Qarabağ” bu gün Qarabağımızı, Azərbaycanımızı layiqincə təmsil etdi. Bu, xalqımızın, Azərbaycanın gücüdür. Mən əminəm ki, dünya bu oyuna görə “Qarabağ”ı alqışlayacaq. Bu oyuna görə xalqımızı, cənab prezidentimiz İlham Əliyevi təbrik edirəm. Hesab edirəm ki, “Qarabağ”ın şansı var. Madriddəki oyunda da belə oynasaq, yaxşı olacaq".

    - Yəqin ki, qələbə qazana bilmədiyinizə görə təəssüflənirsiniz...

    - Bəli, bizim əla qol epizodlarımız oldu. Bundan başqa, hakim 1-2 epizodda rəqib qapısına penalti təyin edə bilərdi. Dinonun aldığı qırmızı vərəqəyə görə çox narahat oldum. “Atletiko”ya qarşı 18 dəqiqə 10 nəfərlə, son dəqiqələrdə isə 9 nəfərlə oynadıq. Hesab edirəm ki, “Qarabağ” bu gün qələbə qazandı.

    - Necə düşünürsünüz, “Qarabağ” belə oyunla Avropa Liqasında böyük uğur qazana bilər?

    - Çətn olduğunu etiraf etməliyik. Çünki biz çox ciddi qrupda yer almışıq, bunun adı “ölüm qrupu”dur. Baxın, hazırda 1 xalımız var. Qarşıdakı oyunlarda da xal qazansaq, şansımız olacaq.

    - Sizcə, “Atletiko” oyun stilinə görə “Qarabağ” üçün ən uyğun rəqibdir?

    - “Atletiko” əks hücumda əla təsir bağışlayır. Təkcə “Atletiko” yox, qrupdakı bütün rəqiblərimiz güclüdür. Hesab edirəm ki, “Qarabağ” bütün gücünü ortaya qoymalıdır. Əgər belə olsa, nəticə də olacaq.

    Qeyd edək ki, Tahir Gözəldən müsahibə alanlar arasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl də olub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3