Xəbər Lenti

    "Qarabağ" azarkeşlərinə pulsuz avtobuslar ayırdı

    FutbolTarix: 2017-10-18 16:22:00
    ...

    Çempionlar Liqasının bu gün “Atletiko”ya qarşı keçiriləcək qrup oyunundan sonra “Qarabağ”ın azarkeşləri üçün xüsusi avtobuslar ayrılıb. Sport24.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb: “Matçdan sonra azarkeşlərimiz üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlinib.ç Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında metronun “20 Yanvar”, “28 May” və “Qara Qarayev” stansiyalarına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərimizin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur”.

    Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi ÇL-in "Qarabağ" - "Roma" oyunundan sonra azarkeşlərin xüsusi avtobuslarla pulsuz daşınacağı bildirsə də, bununla bağlı problem yaranmışdı. Azarkeşlər sosial şəbəkərlərdə matçdan sonra sözügedən avtobuslara rast gəlmədiklərini uazmışdılar. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3