Xəbər Lenti

    Qurban Qurbanov: “Belə futbolçulara hörmətlə yanaşmaq lazımdı”

    FutbolTarix: 2017-10-13 17:54:00
    ...

    Topaz Premyer Liqasının 8-ci turunda səfərdə “İnter”i 2:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

    - Həmişəki kimi, bu gün də “İnter”ə qarşı oynamaq çətin idi. Furtbolçular sona qədər əllərindən gələni etdilər. Rəqibin çox yaxşı oyun üslubu var, futbolçuları mübarizə aparırlar. Buna baxmayaraq, futbolçularımız sona qədər qol vurmağa çalışdılar.

    - Rəşad Sadıqov və Dani Kintananın oynamaması süni örtüklə bağlı idi? 
    - Demək olar ki, bəli. Rəşadda da yüngül zədə var, komandaya tam qoşulmayıb. Daninin oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun.

    - Miçel “Atletiko” ilə Çempionlar Liqası matçına qədər sağalacaq? 
    - Miçelin məşqdə ayağında ağrı olmuşdu. Hələ tam dəqiq məlumat verə bilməyəcəm. Oynamaq ehtimalı var.

    - Dino Ndlovu son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi? 
    - Elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu.

    - Rahid Əmirquliyev millidə himni oxumadığı üçün tənqid olunub. Buna münasibətiniz necədi? 
    - Sizcə, Rahidi içəri salmaq lazımdı? Bu barədə düşünməmişəm. Rahid bundan əvvəl də yığmada komandanı kapitan kimi meydana çıxarıb. Himni oxumaq vətənə olan sevgini göstərmir. Kimsə oxuyursa, o demək deyil ki, vətəni başqasından çox sevir. Rahidin vətənə olan sevgisini hamımız bilirik. Bu oyunçular 10-15 il Azərbaycan futboluna xidmət edib, nümunəvi olub. Belə futbolçulara hörmətlə yanaşmaq lazımdı. Rahidə insan kimi həmişə qibtə etmişəm.

    - Ağabala Ramazanov çoxdandı niyə görünmür? 
    - Zədəlidi, fərdi qaydada məşq edir. Bir-iki günə komandaya qoşula bilər.

    - Ramil Şeydayev Almaniya ilə matçı yüksək səviyyədə keçirsə də, bu gün meydana çıxmadı...
    - Bəzən oyunun gedişatına görə fərqli sistem qura bilirsən. Bu gün Maksim Medvedevi də meydana buraxmaq istəyirdim. Amma bəzi səbəblərdən alınmadı. Oyunun gedişatı bizi başqa dəyişikliklərə vadar etdi.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3