Xəbər Lenti

    “Son matçda da qələbə üçün səfərbər olacağıq”

    FutbolTarix: 2017-10-13 15:36:00
    ...

    UEFA kubokunun əsas mərhələsində mübarəz aparan “Araz” “Mostar” və “St Andreus” komandaları ilə görüşdən qalib ayrılaraq turnir cədvəlinin vahid lideridir. Sport24.az xəbər verir ki, təmsilçimiz son oyununu sabah Rumıniya çempionu “Deva”ya qarşı keçirəcək. Arxada qalan hər iki oyunla bağlı “Araz”ın hücumçusu Xətai Bağırov AFF-nın “Facebook” səhifəsinə açıqlama verib: 

    “Mostar”la oyunda erkən qol vurduq, amma bosniyalılar hesabı bərabərləşdirməyi bacardılar. Bu qol sanki onları həvəsləndirdi, ardını gətirmək üçün cəhdlər etdilər. Ancaq fasiləyə qədər istədiyimiz nəticəni əldə etdik və ikinci hissədə də bunu qorumağa çalışdıq. 

    “Mostar”la oyundan fərqli olaraq ikinci qarşılaşmaya yaxşı başlamadıq. Nəticədə qapımızdan ardıcıl 2 top buraxdıq. Səhvlərimizin çox olduğu oyunun ikinci hissəsinin əvvəlində hesabda önə keçməyi bacardıq. Bundan sonrakı dəqiqlərdə bu üstünlüyümüzü qorumağa çalışdıq. Sonda məqsədimizə çatdıq və ikinci matçı da xal itkisinə yol vermədən başa vurduq.

    Təbii ki, “Deva” ilə oyunda da ancaq qələbə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, meyda sahibi komanda bu amildən maksimum istifadə etməyə çalışacaq. Üstəlik, vərəqə cəzalısı olan Maykon da bizə kömək edə bilməyəcək. Buna baxmayaraq, qalib gəlmək üçün səfərbər olacağıq”.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3