Xəbər Lenti

    “Kəpəz”in stadionunda əsas meydançanın yenilənməsi başa çatdı

    FutbolTarix: 2017-10-13 14:45:00
    ...

    Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi başa çatıb. Sport24.az xəbər verir ki, may ayının əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.

    SİS şərkət tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib.

    Bununla bağlı SİS şirkətinin əməkdaşı Orxan Yunusov klub saytına açıqlama verib: “Şükürlər olsun ki, deyilən vaxtda işləri bitirdik. Bundan sonra “Kəpəz” artıq ev oyunlarını Gəncədə keçirə bilər. Meydança yaxşı vəziyyətdədir, bütün tələblərə cavab verir. Bir müddət öncə şirkətimizin əməkdaşları tərəfindən burada yoxlamalar aparıldı, nəticələr müsbət oldu. Gəncə futbolu, “Kəpəz” üçün xeyrli və uğurlu olsun”.

    Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3