Xəbər Lenti

    Malone  qol şanslarını boşa verməkdən şikayətləndi: “İlk dövrədə lazımsız xallar itirdik”

    FutbolTarix: 2017-10-13 13:30:00
    ...

    Artıq Topaz Premyer Liqasında 8-ci tura start veriləcək. Bununla da cari mövsümdə 2-ci dövrə başlayacaq. Mövsümün iddialılarından olan “Qəbələ” isə sabah “Sumqayıt” səfərində olacaq. İlk dövrəni o qədər də uğurlu başa vurmayan Roman Qriqorçukun yetirmələri son turda “Kəpəz”ə gözlənilməz məğlubiyyəti də unutdurmağa çalışacaq. Elə komandanın yarımmüdafiəçisi Dion Malone də bundan danışıb. Sport24.az-a müsahibə verən futbolçu 3 xal üçün meydana çıxacaqlarını bildirib:

    -    Komandada vəziyyət necədir? Oyuna hazırlaşmısız?


    -    Hər şey qaydasındadır. Şəxsən mən özümü oyuna hazır hiss edirəm. 


    -    Son oyunda “Kəpəz”ə məğlub oldunuz. Bu gözlənilməz məğlubiyyət idi...


    -    Əlbəttə ki, gözlənilməz idi. Amma indi bunun dəqiq səbəblərindən danışmaq çətindir. Bir məqamı qeyd etmək olar ki, biz əlimizə düşən şansları boşa verdik. Rəqib isə əksinə imkanlarından yararlanıb qol vurdu. 


    -    Növbəti rəqibiniz “Sumqayıt”dır. İlk dövrədə bu komanda ilə matçda çətin qalibiyyət əldə etmişdiniz. Sabah 3 xalı əldə edə biləcəksiz?


    -    “Sumqayıt” çox yaxşı komandadır. Onlara qarşı ciddi hazırlaşmaq lazımdır. Yaranan fasilədən istifadə edib yaxşı hazırlıq keçmişik. Sabah isə komandamızın oyun keyfiyyətini ortaya qoymalıyıq. Əgər bunu bacarsaq, 3 xal bizim olacaq. 


    -    Artıq ikinci dövrə başlayacaq. “Qəbələ”nin ilk dövrədəki çıxışı sizi qane edir?


    -    Bunu demək mənim üçün çox çətindir. Çünki bu komandada ilk ilimdir. Ümumiyyətlə, keçirdiyimiz oyunlara nəzər salanda bir şeyi düşünmək olar ki, lazımsız xallar itirmişik. Əslində daha yaxşı yerdə və daha çox xalla olmalıydıq. Amma buna fikir vermək lazım deyil. Qarşıda hələ 3 dövrə var. Çox şeyi dəyişmək olar. 


    -    “Qəbələ”nin mövsümün startındakı çıxışını o qədər də qənaətbəxş adlandırmaq olmaz. Necə düşünürsən çempion olmaq üçün sizə nə lazımdır?


    -    Bu barədə nə deyim, bilmirəm. Hər kəs yaxşı nəticə qazanmaq istəyir. “Qəbələ”ni də çempion etmək üçün biz əlimizdən gələni etməliyik. Azarkeşlərin də komandaya dəstəyinin qarşılığını verməliyik. Bəzən düşündüyün kimi olmur. Futbol belədir. Uduzursan, udursan və çətinliklə üzləşirsən. Hər kəsin öz fikir var amma biz çempionluq üçün oynayacağıq. 
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3