Xəbər Lenti

    Millimiz Ukraynadan da 6 qol buraxdı

    FutbolTarix: 2017-10-13 19:00:00
    ...

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, Mirbağır İsayevin çalışdırdığı komandamız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki "Lokomotiv" stadionunda Ukrayna yığması ilə qarşılaşıb.

    Futbolçularımız yenə meydanı biabırçı məğlubiyyətlə tərk ediblər.

    Xatırladaq ki, millimiz qrupdakı ilk matçında İrlandiyaya 0:6 hesabıyla uduzub. Ukrayna isə Bolqarıstanı 3:0 hesabıyla yenib.

    AÇ-nin seçmə mərhələsi
    11-ci qrup

    13 oktyabr

    Azərbaycan – Ukrayna 1:6
    Qol: İsmayıl Zülfüqarlı, 17 - Mixaylo Mudrik, 3. Roman Yakuba, 15, Danilo Sikan, 35, Alan Aussi, 62. Stanislav Biblik, 78. Artyom Şulianski, 80+1.  
    Baş hakim: Halil Umut Meler (Türkiyə).
    Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan).
    Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan).

    Azərbaycan: 1. Ayxan Arazlı, 2. Cavidan Rəhimli (3. Murad Məmmədov, 21), 4. Sərcan Omarov (9. Musa Qurbanlı, 64), 5. Elnur İbrahimov (11. Nicat Məmmədov, 33), 6. Mahir Həsənov, 7. Samir Qurbanov, 10. Turan Vəlizadə (k), 13. Məhəmməd Məhərrəmov, 17. Vüsal Əsgərov, 19. Zamiq Vəliyev, 20. İsmayıl Zülfüqarlı.
    Ehtiyat oyunçular: 12. Elməddin Sultanov, 8. Səbuhi Abdullazadə, 14. Xəyal Muradov, 15. Veysəl Rzayev, 16. Rüfət Abdullazadə, 21. Ceyhun Nuriyev.
    Baş məşqçi: Mirbağır İsayev.
    Ukrayna: 1. Anatoli Trubin (k), 3. Alan Aussi, 4. Sergey Snisar, 7. Yaroslav Nadolski (8. Stanislav Biblik, 48), 9. Vikenti Voloşin (17. Daniil Xondak, 54), 10. Mixaylo Mudrik, 11. Artyom Şulianski, 13. Roman Yakuba, 14. Danilo Sikan (22. İvan Deroqan, 41), 15. Roman Bodnia, 21. Mikola Yaroş. 
    Ehtiyat oyunçular: 12. Ruslan Neşçeret, 5. Kristian Bilovar, 6. Artyom Danyliuk, 16. Vadim Melniçuk, 18. İvan Jelizko, 20. Denis Pudriçni.
    Baş məşqçi: Oleq Kuznetsov.

    Ukrayna – 6, İrlandiya – 3, Bolqarıstan – 0, Azərbaycan – 0.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3