Xəbər Lenti

    Alesio da Silva: “Deva” ilə oyun ilk iki matçdan daha çətin olacaq”

    FutbolTarix: 2017-10-12 20:21:00
    ...

    UEFA Kubokunda ikinci oyununu keçirən və Malta çempionu “St Andreus”u 6:4 hesabı ilə məğlub edən “Araz”ın baş məşqçisi Alesio da Silva oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, 6:4 hesablı qələbə ilə bağlı bunları söyləyib: 

    “Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdü, məğlub durumda olan zaman konsentrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər. Rəqibin son şansı olduğuna görə, bizimlə qarşılaşmada bütün gücünü səfərbər etdi. Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik. 

    Qrupda son oyunumuzu “Deva”ya qarşı keçirəcəyik. Bu görüş “Mostar” və “St Andreus”la qarşılaşmalardan daha çətin keçəcək. Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidi. Üstəlik, bu oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu analiz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3