Xəbər Lenti

    Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırıldı

    FutbolTarix: 2017-10-12 16:11:00
    ...

    Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırılıb. Sport24.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, buna keçmiş müdafiəçinin işinə soyuq yanaşması səbəb olub.
     
    Belə ki, Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, “Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım gəlib. Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Lakin sabiq futbolçu bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə məşqlərə, oyunlara gəlməyi tərgidib.
     
    Şükürovun işinə soyuq münasibəti rəhbərliyin qulağına çatıb. Tərəflər görüşüb, söhbət ediblər və yekunda Mahirin təkcə U-14-dən yox, ümumiyyətlə, “Neftçi”dən ayrılması qərara alınıb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3