Xəbər Lenti

    Rəşad Sadıqov: "Dzekonu saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım"

    FutbolTarix: 2017-10-12 13:49:00
    ...

    Bu gün “İmarət” Fan-klubunun təşəbbüsü ilə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşüb. Sport24.az xəbər verir ki, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasının mümkünlüyü məsələsinə də toxunub. Bildirib ki, millidə işləmək çətin və məsuliyyətli işdir.

    35 yaşlı futbolçu onu da deyib ki, hələ Robert Prosineçkinin millidə qalıb-qalmayacağı bilinmir: “Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

    "Yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir"

    Azərbaycan futbolundakı problemlər barədə də danışan R.Sadıqov bildirib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Dzekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

    Rəşad dünən törətdiyi yol qəzası haqda

    "Ciddi bir şey yoxdur. Allaha şükür, özümə heç nə olmadı. Düzü, sürət də yüksək deyildi. Xəsarət almamışam. Baş məşqçi icazə versə, növbəti oyunda iştirak edə bilərəm”. (qol.az)
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3