Xəbər Lenti

    Alesio da Silva: “Heç bir rəqibdən ehtiyatlanmıram”

    FutbolTarix: 2017-10-11 11:16:00
    ...

    UEFA kubokunun əsas mərhələsində bu gün ilk oyununu keçirəcək “Araz”ın baş məşqçisi Alesio da Silva Azərbaycan Futzal Federasiyasının “Facebook” səhifəsinə müsahibə verib. Sport24.az sizi həmin müsahibə ilə tanış edir:

    - Komandanın son durumu ilə bağlı hansı məqamları qeyd edərdiniz?
    - “Araz”ın bu turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm. Çünki heyətimizdə bir zədəli və bir yeni futzalçı var. Ümumi götürdükdə, komandam təxminən 90 faiz oyunlara hazırdı. 

    - Yüksək Liqada keçirdiyiniz 2 oyunda komanda heç də istənilən səviyyədə çıxış etmədi. Bunun səbəbini nədə görürsünüz?
    - Düzdü, istədiyim oyunu hələ nümyiş etdirə bilmirik. Amma EKOL-la zəif çıxış etdiyimizi deməzdim. Əksinə, yaxşı oynadıq. “Yasamal”la oyuna gəldikdə, uşaqlar bir qədər ehtiyatlı davranırdılar. Əksəriyyəti UEFA kubokundakı oyunları düşünərək zədələnməkdən qorxurdular. Həm də bütün rəqiblər bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparırlar. İstəyirlər ki, “Araz”la oyunlarda özlərini yaxşı tərəfdən göstərsinlər.

    - Yeni gələn futzalçılar komandaya tam uyğunlaşa biliblər?
    - Üç futzalçı dəvət etmişdik. Sonuncu gələn Maykondur, yaxşı futzalçıdır, amma uyğunlaşması üçün vaxt lazımdı. Bir müddət idi oyunlarını izləyirdik və razı qaldığım üçün komandaya götürdük. 

    - Rəqiblər haqda nə düşünürsüz?
    - Asan qrupda yer almamışıq, əksinə, güclü komandalarla qarşılaşacağıq. İlk oyunda “Mostar”la üz-üzə gələcəyik ki, bu komandanın heyətinin 70-80 faizini Bosniya və Herseqovina millisinin üzvləri təşkil edir. Ondan başqa, 3 braziliyalı futzalçı dəvət ediblər, baş məşqçiləri də həmyerlimdir. Bir sözlə, zəif komanda deyillər. İkinci oyundakı rəqibimiz Malta təmsilçisidir, amma heyətlərində tək-tük yerli futzalçı var. Komandanın özəyini xorvatiyalı futzalçılar təşkil edir ki, onlardan da biri Xorvatiya millisinin üzvüdür. Braziliyalı oyunçuları da var. Qapıda isə Norveç millisinin qolkiperi dayanır. Qrupdakı son rəqibimiz olan “Deva” isə Rumıniya millisinin üzvlərindən qurulub, yığmanın bazasıdır. Kifayət qədər təcrübəli futzalçıları var. Baş məşqçiləri ispandır. O da düşərgəyə 2 braziliyalı futzalçı dəvət edib. Yeri gəlmişkən, Rumıniya millisi də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

    - Daha çox hansı rəqibdən ehtiyatlanırsınız?
    - Açığı, heç bir rəqibdən ehtiyatlanmıram. Qrupun favoriti olduğumuzu da demək istəməzdim. Ancaq elit-raunda qrup qalibi kimi yüksəlməliyik. Çünki reytinqimiz, avrokuboklardakı təcrübəmiz bizi buna məcbur edir. Konkret hansısa rəqibi fərqləndirməli olsam, “Deva”nın adını çəkərdim. Üstəlik, onlar meydan sahibidir.

    - Səfərə az vaxt qalmış Emin Kürdovu heyətə dəvət etməyiniz hansı zərurətdən yarandı?
    - Anar Məmmədov bizim ikinci qapıçıdır. Sadəcə, qapıçıların məşqini izləyən zaman Anarın zədəsinin olduğunu və tam gücü ilə məşq edə bilmədiyini gördüm. Bundan ehtiyatlandım, fikirləşdim ki, birdən Rövşən qırmızı vərəqə alar və ya zədələnər, Anar isə bu vəziyyətdə onu əvəz edə bilməz. Ona görə də Emin Kürdovu komandaya dəvət etdim.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3