Xəbər Lenti

    DÇ-2018-in 23 iştirakçısı bəllidi

    FutbolTarix: 2017-10-11 11:01:00
    ...

    2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha 4 komandanın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bunlar Uruqvay, Argentina, Kolumbiya və Panama yığmalarıdı. İlk üç komanda KONMEBOL zonası üzrə seçmə mərhələnin son turunda vəsiqəni təmin ediblər. Panama isə KONKAKAF zonası üzrə seçmə mərhələnin qalibləri arasında yer almaqla tarixində ilk dəfə mundial həyəcanı yaşamaq şansı qazanıb.

    Qeyd edək ki, bu komandaların uğuru sayəsində DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 23-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa və Portuqaliya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

    Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 9 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3