Xəbər Lenti

    “Qəbələ” 3 xalı 12 qolla qazandı

    FutbolTarix: 2017-10-11 01:33:00
    ...

    AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. Sport24.az saytı xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb.
     
    “Qırmızı-qaralar” U-17 Liqasında “Neftçi” ilə heç-heçə edib – 1:1. 5 oyunda 11 xal toplayan komanda 3-cü sırada qərarlaşıb.
     
    U-15 “Sumqayıt”la ev oyununda 3 xal qazanıb – 2:1. 3 matçda 7 xal toplayan kollektiv 3-cü yerdədi.

    U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Autizmlilərin”i 7:0 hesabı ilə üstələyib. İkinci böyükhesablı qələbəsini qazanan komanda 6 xalla 3-cü pillədə yer alıb.
     
    “Zirə”ni 2 cavabsız qolla məğlub edən U-13 də paytaxt regionunun liderləri sırasındadı. 6 xala malik kollektiv top fərqinə görə 3-cüdü.
     
    Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə "Qəbələ"nin U-12, U-11 və U-10 komandaları IV turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 4:0, UGİM isə Ağdaşın UGİM-ini 3:0 hesabı ilə yenib. 4 turdan sonra “Qəbələ”nin 12, UGİM-in 9 xalı var.
     
    U-11 Liqasında da Qəbələ təmsilçiləri eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:0, UGİM 10:0 hesabı ilə qalib gəlib. Burada da “Qəbələ”nin 12, UGİM-in 9 xalı var.
     
    "Qəbələ"nin üç komanda ilə təmsil olunduğu U-10 Liqasında “qırmızı-qaralar” Yevlax UGİM “Rabitəçi”sini 8:2, Gİİ isə İsmayıllı UGİM-ini 10:2 hesabı ilə üstələyib. Hərəyə 3 matç keçirən “Qəbələ” 9, Gİİ 6, UGİM 3 xal toplayıb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3