Xəbər Lenti

    Fransa və Portuqaliya da DÇ-2018-də!

    FutbolTarix: 2017-10-11 09:02:00
    ...

    2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə mundiala vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib. Bunlar Fransa və Portuqaliya yığmalarıdır. 

    Fransa A qrupunda birgə mübarizə apardığı İsveç, Hollandiya, Bolqarıstan, Lüksemburq və Belarusdan güclü olub. Bu komanda keçirdiyi 10 oyundan 7 qələbə, 2 heç-heçə ilə ayılıb. 3 xala malik fransızlar ən yaxın izləyicisi olan İsveç və Hollandiyanı 3 xal qabaqlayıb.

    Portuqaliya isə İsveçrə, Macarıstan, Farer adaları, Latviya və Andorra ilə B qrupunda yarışırdı. 10 oyunun 9-dan qalib ayrılan Ronaldo və komandası cəmi bir görüşdə məğlub olub. Portuqaliya əsas rəqibi İsveçrə ilə eyni xala malik olmasına baxmayaraq, şəxsi göstəricilərə görə mundiala birbaşa vəsiqə qazanıb.

    Qeyd edək ki, Fransa və Portuqaliyanın bu uğuru sayəsində DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 19-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya və İslandiya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

    Avropa zonası üzrə qalan dörd vəsiqənin taleyinə pley-off oyunlarında aydınlıq gələcək. Belə ki, Xorvatiya, İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya və Yunanıstan pley-off oyunlarında son xoşbəxtlərin adına aydınlıq gətirəcəklər.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3