Xəbər Lenti

    Bakıda voleybol üzrə daha bir beynəlxalq yarış keçiriləcək

    VoleybolTarix: 2017-10-03 13:18:00
    ...

     

    Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib. Sport24.az xəbər verir ki, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatının ardından çimərlik voleyolu üzrə beynəlxalq turnirə (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.

    Oktyabrın 11-14-də baş tutacaq yarış “Su İdmanı Sarayı”nda keçiriləcəkdir. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva – İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək. Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq. Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.

    Yarışın ilk günü, 11 oktyabrda təsnifat mərhələsi (1 dəfə məğlub olan komanda mübarizəni dayandırır). 12-13 okyabr tarixində isə (2 dəfə məğlub olan komanda mübarizəni dayandırır). 14 oktyabrda isə yarım final və final oyunları keçiriləcəkdir.

    Qeyd edək ki, oyunlar 3 meydançada keçiriləcəkdir. I yer (880 avro), II yer (640 avro), III yer (520 avro) məbləğlərlə mükafatlandırılacaqlar.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0