Xəbər Lenti

    Türkiyə millisinin baş məşqçisi: "...Azərbaycan “quru” hesabla uduzsaydı, bu gün nəticə fərqli olardı"

    VoleybolTarix: 2017-10-02 11:48:00
    ...

    “Çox xoşbəxtəm və komandamla qürur duyuram. Bu medal Türkiyə yığmasıyla yeni macəraya başlayan baş məşqçi kimi, mənim üçün çox vacib idi. Fikrimcə, hazırki durumda maksimum nəticəmizə imza atdıq". Sport24.az xəbər verir ki, bu fikirləri qadın voleybolçulardan ibarət Türkiyə yığmasının baş məşqçisi Covanni Quidetti bildirib. Azərbaycanda keçirilən Avropa çempionatında 3-cü yer uğrunda millimizə qarşılaşna "ay-ulduzlular" 3:1 hesablı əzmkar qələbə nəticəsində bürünc medalçı oldular.

    İtalyalı mütəxəssis finalda çıxış edən Serbiya və Hollandiya yığmalarını bu gün üçün Avropanın ən güclüləri sayır: " Əlbəttə, yarımfinalda daha yaxşı oynaya bilərdik. Ancaq bəlkə həmin 5 setdə mübarizə aparsaydıq və Azərbaycan “quru” hesabla uduzsaydı, bu gün nəticə fərqli olardı. Çünki yığmanın dünən çox enerji sərf etdi. Voleybolçularımıza təşəkkür edirəm. Bu gün ilk setdən sonra müəyyən taktiki gedişlərə əl atdım. Diaqonal oyunçunu dəyişdim. Bu gün Nəriman Özsoy çox yaxşı oynadı. Çox yaxşı müdafiə olunduq və qəbulda səhvə yol vermədik”.

    Xatırladaq ki, Türkiyə yarımfinalda Serbiyaya 0:3, Azərbaycan Hollandiyaya 2:3 hesabıyla yenilib. Serblər finalda hollandları 3:1 hesabı ilə məğlub edərək Avropa çempionu olublar. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0