Xəbər Lenti

    Natalya Məmmədova: "Beynimizdə daha əvvəl qalib gəldik, nəinki meydançada"

    VoleybolTarix: 2017-09-30 11:01:00
    ...

    Qadın voleybolçulardan ibarət milli komandamızın liderlərindən olan Natalya Məmmədova Almaniya yığmasıyla Avropa çempionatının 1/4 final qarşılaşmasından sonra müsahibə verib. Millimizin hücumçusu Sport24.az-ın matçda olan əməkdaşının da suaallarını cavablandırıb. 

    - Almaniya ilə budəfəki oyununu qrupdakınadan asan alındı. 

    - Bu, kənardan belə görünə bilər. Ancaq əslində, əsəbi, gərgin matç idi. İlk matçımız indiki fərqli idi. Onda mübarizəni dayandırmaq söhbəti yox idi. Sadəcə, qrupda yeri müəyyənləşdirirdi. Ancaq 1/4 final matçı "uduzan çıxır" deməkdi. Ona görə də hər iki komandada oyuna daha ciddi köklənmə vardı. Partoyanın əvvəlində əsəbilik öz sözünü dedi. Konkret məndə (gülür).

    - Bu, oyunun sonunda artdı. Komandamız həlledici zərbəni vuraraq qələbəni rəsmiləşdirməli olduğu halda, ardıcıl rəqibə xallar verirdi.Onda nə baş verməmişdi?

    - Hələ ki oyunu təhlil etməmişik. Mənim şəxsi fikrim belədir ki, biz beynimizdə daha əvvəl qalib gəldik, nəinki meydançada. Hesab arasında belə böyük fərqi olduğu zamanı qərara gəldik ki, artıq qalib gəlmişik və bu üzdən daha meydançada oynamamağa baaşladıq. Boşaldıq, belə də oldu. Ona görə bunun üzərində işləməliyik. 

    - Yarımfinaldakı rəqibi Hollandiya Almaniyada səviyyəcə üstündü. Gözləntiniz nədir?

    - Hollandiya mayda keçiriləcək dünya çempionatının təsnifat mərhələsindən çox yaxşı tanıyırıq. Ümumi oyunu ilə çox yaxşı komandadı. Çox sürətli, yaxşı ötürmələrə oyuna malikdi. Bizə çox çətin olacaq. Ancaq hər şey mümkündü. Meydançaax çıxıb qələbə üçün mübarizə aparacağıq.

    - Məqsəd yalnır birdi - çempion olmaq...

    - Bəli, fikrimizdə yalnız buna nail olmaqdı. 

    - 2005-ci ildə Avropa çempionatının yarımfinala çıxand siz də yığmamızda idiniz. Onda İtaliya və Rusiya ilə qarşılaşdınız. Həmin dövrü necə xatırlayırsınız?

    - O Avropa çempionatını xatırlayıram. Onda tam başqa komandamız vardı. Həmiçə qraşıya yüksək məqsd qoyuruq. Sadəcə. onda Xorvatiyada oynayırdıq, indisə evdə. Ona görə də çox yaxşı oynamaq, hansısa medalı qazanmaq istəyirsən. Çünki 2-005-ci ildə tutduğumuz 4-cü yer medal deyil, 

    - Yeri gəlmişkən, bu il qarşılaşdığınız Hollandiya indi başqa komandadı, daha cidid rəqibdi.. Bu baxımdan bizə bir az da çətin olacaq...

    - Oyunçular həminkidi. İndi oyunlarında artırıblar. Çünki mayda baş məşqçiləri yeni gəlmişdi. İndisə vaxt keçib və oyun baxımdan anlaşmaları artıb, daha yaxşı kombinaisyalı oyun göstərirlər. Kİm deyir ki, asan olacaq? Hər şey bizim oyundan, bizim köklənmədən asılı olacaq. 

    - Hər matçda satrtımız yaxşı alınmır, sonra oynamağa başlayırıq. Bu, nəylə əlaqədardı?

    - Bəli, Almaniya ilə son oyunda bu, özünü göstərdi. Şəxsən mən 2 səhv etdim. Bu, gərginliklə bağlı idi. Bütü səhvləri üzərində işləməliyik. 

     

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0