Xəbər Lenti

    Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular

    GimnastikaTarix: 2017-09-26 12:35:00
    ...

    İtaliyanın Ankona şəhərində aerobika gimnastikası üzrə 10-cu Avropa çempionatı keçirilib. Sport24.az xəbər verir ki, turnirdə iştirak edən milli komandamız ilk dəfə olaraq, 3 proqramda təmsil olunub və hər 3 kateqoriya üzrə finala yüksəlməyi bacarıb. 

    Ötən gün baş tutan final oyunlarında fərdi proqramda ölkəmizi Vladimir Dolmatov təmsil edib. Gimnastımız 20.950 xalla 7-ci pillədə qərarlaşıb. “Trio”da isə Elçin Məmmədov və Emil Quliyev Vladimirlə bərabər çıxış ediblər. Komandamız bu proqramda 8-ci yerlə (20.350) kifayətlənib.

    Yığmamızın ən maraqlı və həyəcanlı çıxışlarından biri də Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəylinin “Aero Dance” proqramında icra etdikləri kompozisiya olub. Gimnastlarımız milli musiqimizin ritmləri üzərində qurulan elementləri peşəkarcasına yerinə yetirərək, yekun mərhələdə 5-ci olublar. 
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0