Xəbər Lenti

    Səbinə Əzimova 3 qat Avropa çempionudu!

    DigərTarix: 2017-09-25 23:02:00
    ...

    Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Sport24.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparır. Onların arasında yığmamızın da üzvləri var.

    Bu gün əsas qızıl ümidlərimizdən biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.

    Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün 3 qat Avropa çempionu olmaq üçün səhnəyə çıxmışdı və sevindiricidi ki, istəyinə nail ola bilib.

    Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub.

    Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutub.

    Ümumi nəticə isə daha uğurlu olub. Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacarıb. 17 yaşlı atletimiz Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə edib. O, artıq Avropa birinciliyinin 3 qat qalibidi.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0