Xəbər Lenti

    BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival

    FutbolTarix: 2017-09-25 16:24:00
    ...

    Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə 6-16 yaş qızlar arasında “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib. Sport24.az xəbər verir ki, “Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib.

    Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdı.

    Azərbaycanda ilk dəfə olaraq, “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri  FIFA U-17 Qadınlarlararası Dünya Çempionatı ərəfəsində keçirilib. Festival  Bakıda, Sumqayıtda, Zaqatalada, Qubada, Şəkidə, Masallıda, Qaxda, Xaçmazda, Qəbələdəvə s. şəhərlərdə müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.

    Qeyd edək ki, BOS iki gün sonra UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçına ev sahibliyi edəcək.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0