Xəbər Lenti

    Derlis Meza Kolli: "Hamımız birlikdə işləyib "Neftçi"nin əvvəlki əzəmətini qaytaracağıq"

    FutbolTarix: 2017-09-25 15:00:00
    ...

    "Düşünürəm ki, "Qəbələ"yə qarşı yaxşı oynadıq. Sadəcə, qol vura bilmədik". Bu sözləri Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Derlis Meza Kolli deyib.

    Paraqvaylı futbolçu Topaz Premyer Liqasının VI turunda "Qəbələ"yə 1:2 hesablı məğlubiyyəti şərh edib: "Yeni baş məşqçi gəldikdən sonra öz oyunumuzda irəliləyiş hiss edirik. Artıq necə oynamaq lazım olduğunu bilirik. Sadəcə daha çox işləməliyik ki, digər zəif nöqtələri də düzəldək. Bundan sonra qələbələr də olacaq".

    Derlis komandadaxili münasibətlərin yaxşı olduğunu bildirib: "Komanda şəklində yeni baş məşqçi gələrkən toplaşdıq və mükəmməl şəkildə hazırlıqları davam etdirdik. Bizim son iki oyunumuzda da bunu görə bilərsiniz. Hamımız birlikdə işləyib "Neftçi"nin əvvəlki əzəmətini qaytaracağıq".

    Meza Kolli öz çıxışından da danışıb: "Hər oyundan oyuna artırmağa çalışıram. Fikrimcə, bu bizdə alınacaq. Komanda şəklində fizikamız üzərində də işləməliyik".

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0