Xəbər Lenti

    Polşanın baş məşqçisi: "Belə məğlubiyyət mənim üçün acı sürpriz oldu"

    FutbolTarix: 2017-09-24 22:46:00
    ...

    Qadınlardan ibarət Polşanın voleybol yığmasının baş məşqçisi Yatsek Navrotski Avropa çempionatında Azərbaycandan alınan 0:3 hesablı məğlubiyyətişərh edib. Sport24.az saytının əməkdaşının suallarını cavablandıran mütəxəssis bu cür nəticəni gözləmədiyini gizlətməyib. 

    - Azərbaycan millisinə 0:3 uduzdunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik...
    - Sizin komandanız bu gün hücumda çox fəal idi. Xüsusən də servisləriniz yaxşı alındı. III setdə qalib gəlmək şanslarımız vardı. Ancaq bu şansdan yararlana bilmədik.

    - Polşa bu turnirin favoritlərindən biri hesab olunur. Rəqibinizdən 1 set ala bilməməyiniz sırf nə ilə bağlıdır?
    - Belə məğlubiyyət mənim üçün acı sürpriz oldu. Ancaq ötən illə müqayisədə, bizim heyətimizdə dəyişikliklər var. Bəzi oyunçularımız yenidir. Hər matç bu üzdən bizim üçün çox ağır keçir.

    - Deyəsən, oyun zamanı hakimin bəzi qərarlarından narazı qalmısınız...
    - Bu elə bir önəm kəsb etmir. Hakim qərarları oyunun bir hissəsidir. Sadəcə, bəzi epizodlarda qərarlara özündən asılı olmadan əsəbi reaksiya verməli olursan. Oyunu biz özümüzə görə uduzmuşuq, hakimə görə yox.

    - Turnirin finalı üçün hansı komandaları favorit görürsünüz?
    - Rusiya, Serbiya, Hollandiya. Ancaq ola bilsin ki, Azərbaycan və Türkiyə də finala çıxsın. Bununla belə, İtaliya millisini də unutmamalıyıq. Onlar da çox güclüdür.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0