Xəbər Lenti

    Elşən Məmmədov AÇ-nin bürünc mükafatçısı oldu!

    DigərTarix: 2017-09-23 21:30:00
    ...

    Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb. Sport24.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub.

    İştirakçılar arasında bizim yığmanın da üzvləri var. Onlardan biri – Elşən Məmmədov artıq körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsindəki yarışıb.

    Lənkəranlı atlet birdən qaldırma hərəkətində 75 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

    Elşən təkanla qaldırma hərəkətində 95 kq-ı başı üzərinə qaldıra bilib. O, bu hərəkətdə 4-cü yeri tutub.

    Cəmi 13 yaşı olan və bu Avropa birinciliyinin ən gənc atleti olan Məmmədov toplam 170 kq (75+95) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0