Xəbər Lenti

    Bürünc medal qazanıldı, 2 qızıl da qazana bilərik

    DigərTarix: 2017-09-23 16:09:00
    ...

    Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının dördüncü gününün yarışları çərçivsində Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub. Sport24.az xəbər verir ki, Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışın dördüncü günündə yunan-Roma güləşçilərimiz Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıblar.

    İdmançılarımızın hamısı ilk görüşdə qələbə qazanıblar. Elton Vəzirzadə isveç güləşçisi Dietçe Damianı 4:2 hesabı ilə məğlub edib. İslam Abbasov Estoniya təmsilçisi Piaser Martinə 8:0 hesabı ilə qalib gəlib. Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, Cavid Feyziyev isə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub edib.

    İdmançılarımızdan yalnız Cavid Feyziyev ikinci görüşündə məğlub olub. O. Sonradan təsəlliverici görüşdə də uduzaraq medal qazanmaq şansını itirib. Amma digər 3 idmançımız aktivimizə medal yazdırmağı bacarıb. 85 kq çəki dərəcəsində güləşən İslam Abbasov 3-cü yer uğrunda görüşdə erməni idmançını 5:0 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

    Elton Vəzirzadə (80 kq) isə yarımfinal görüşündə erməni idmançını üstələyərək finala çıxıb. Həlledici görüşdə o, Ukrayna təmsilçisi Andrey Antonyuk ilə qarşılaşcaq.

    Orxan Nuriyev (98 kq) isə yarimfinalda finlandiyalı idmançını üstələyib. O, finalda Nikita Melnikov (rus) ilə qarşılşacaq.

    Bu isə o deməkdir ki, bu gün ən azı daha 2 gümüş əldə edəcəyik.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0