Xəbər Lenti

    Avropa çempionatında unudulan KİV: bu cür təşkilatçılıq olmur!

    VoleybolTarix: 2017-09-23 09:44:00
    ...

    Azərbaycan və Gürcüstanda keçirilən qadınlar arasında Avropa çempionatının final mərhələsi dünən start götürdü. Ölkəmizdə oyunlar Bakı və Göygöldə keçirir. Paytaxda Milli Gimnastika Arenasının əzəmətli zalında keçirilən qarşılaşmaları izləməyə dəyər. Həqiqətən arena göz oxşayır. Ancaq bir daha qeyd edirik ki, oyunları izləməyə dəyər, turnirin təşkilatçılığı barədə isə eyni sözləri demək olmaz.

    Əvvəla giriş üçün hansı qapılara istiqamətlənməli olduğumuzu öyrənmək üçün kimə müraciət etsək də, heç kəs dəqiq cavab verə bilmədi. Nə yaxşı ki, Prezidentin Mühafizə Xidmətinin əməkdaşları jurnalistlərin hansı qapıdan keçməli olduğunu nəvazişlə izah etdilər. Ancaq nəzərə alaq ki, bu insanların vəzifə borcu qətiyyən mediaya xidmət göstərmək deyil. Təəssüf ki, arenaya daxil olduqdan sonra üzləşdiyimiz mənzərə daha acınacaqlı oldu...

    Uniformada dövrə vuran könüllüləri də bezdirdik, mühafizəçiləri də. Ancaq bir canlı tapılmadı ki, media tribunasının harada yerləşdiyini göstərsin və necə keçməyin mümkünlüyünü  izah etsin. Təsəvvür edin, 45 dəqiqə ərzində kimlərə müraciət etmədik?! Nəhayət, inadkarlığımız fayda verdi və bir saata yaxın davam edən axtarışlarımızdan sonra sektorun nömrəsini bilən tapıldı. Ən qəribəsi budu ki, arenada heç bir ox işarəsi belə qoyulmayıb ki,  KİV təmsilçiləri hansı istiqamətdə hərəkət etməlidi. Sektoru tapmaq ən ağır rebusun həllindən də çətin imiş. Bir sıra tanış həmkarları gördükdə isə bir xor yarandı. Hamı birağızdan eyni sözü dedi: “Sən də tapa bilmirdin buranı?”..

    Ancaq qəribəliklərlə zəngin ilk günün problemləri bununla da yekunlaşmadı. Növbəti əngəl internetlə bağlı idi. Yer aldığımız sektorda sanki Böyük Vətən Müharibəsi dövründə kartoçkayla çörək istəyirdik. Adı olub, özü qeybə çəkilən interneti bir də Azərbaycan – Macarıstan matçından sonra media otağında tapa bildik. Oyunun gedişatında isə nə bir İT ustası gördük, nə KİV-in normal fəaliyyət göstərməsi ilə maraqlanan digər federasiya rəsmisi.

    İnanırıq ki, Azərbaycan Voleybol Federasiyasının məsul şəxsləri bu yazıdan lazımi nəticələr çıxaracaqlar və növbəti günlərdə eyni aqibətlə üzləşməyimizin qarşısını almaq üçün əməli tədbirlər görəcəklər.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0