Xəbər Lenti

    Millimiz DÇ-də medal sayını 6-ya çatdırdı

    GüləşTarix: 2017-09-21 17:00:00
    ...

    Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci yarış günündə millimizin üzvləri komandamızın aktivinə daha bir medal yazdırıb. Sport24.az xəbər verir ki, MOİK idmançılarından bu dəfə 86 kq çəki dərəcəsində Əşrəf Əliyev medal qazanıb.

    Ə.Əliyev bürünc medal uğrunda görüşdə çinli idmançını üstələyərək medala sahib çıxıb. Bununla da Azərbaycan millisinin ümumi medal sayı 6-ya çatıb.

    Xatırladaq ki, yarışın ilk günündə Azərbaycanın altı idmançısı mübarizə aparıb və sərbəst güləşçilərimizdən Qabil Əliyev (61 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal qazanıb. Qadın güləşçimiz Türkan Nəsirova (48 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə edib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.

    Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0