Xəbər Lenti

    Qurban Qurbanovun portretini çəkdi, hədiyyə edəcək - VİDEO

    FutbolTarix: 2017-09-14 16:31:00
    ...

    Azərbaycanlı rəssam Rövşən Şirinovun “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun portretini çəkməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Sport24.az xəbər verir ki, rəssam portreti çəkdiyi anları videolentə alaraq səhifəsində paylaşıb. Qurbanovun pərəstişkarları da portreti bəyəniblər.

    “Qafqazinfo” maraqla qarşılanan portretlə bağlı rəssamın özü ilə əlaqə saxlayıb. O qeyd edib ki, portreti kətan üzərində yağlı boya ilə çəkib: “Mən özüm futbol fanatı deyiləm. Ancaq “Qarabağ” ın ÇL-nın qrupuna düşməsi məni çox sevindirdi. Həmin oyuna da baxdım və sevindim. Ani qərara aldım ki, bu işdə böyük əməyi olan Qurban Qurbanovun portretini çəkim. 

    Hələ ki, portreti özünə təqdim etməmişəm. Sosial şəbəkədə Qurbanovun yaxınları təklif elədilər ki, bunu özünə verim. Hələ ki, görüş fürsətimiz olmayıb. Kimsə onunla görüş təşkil etsə, portreti özünə hədiyyə edəcəm”.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10