Xəbər Lenti

    "Zirə" yeni prezidentini açıqladı

    FutbolTarix: 2017-09-14 14:42:00
    ...

    “Zirə” Peşəkar Futbol Klubu (PFK) yayıb. Sport24.az xəbər verir ki ardıcılk 3-cü mövsümdür Topaz Premyer Liqasında çıxış edən qəsəbə təmsilçisinin boş qalan prezident pöostuna yeni təyinat reallaşıb: "Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş “Zirə” Peşəakar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilmişdir. Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir.

    Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə” PFK-nın fəxri prezidenti seçilib. “Zirə” PFK-nun yaradılmasının əsas təşəbbüskarı olmuş O. Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdir. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək".

    Xatırladaq ki, "Zirə"nin prezident postu ötən mövsümün əvvəlində Vüqar Astanovun gedişindən sonra boş idi. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10