Xəbər Lenti

    ÇL-də görünməmiş rekord: "Qarabağ" da buna "töhfə verdi"

    FutbolTarix: 2017-09-14 11:27:00
    ...

    Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşib. Sport24.az xəbər verir ki, 2004-cü ildən indiki formatda keçirilən turnirdə ən məhsuldar ilk tur qeydə alınıb.

    Belə ki, 16 oyunda ümumilikdə 54 qol qeydə alınıb. Bu isə indiyədək görünməyən göstəricidi.

    Rekordu isə "Beşiktaş"ın futbolçusu Rayan Babel rəsmiləşdirib. Hollandiyalı yarımmüdafiəçinin "Portu"ya vurduğu qol ilk turun sonuncu - 54-cü qolu olub.

    Rekorda "Qarabağ" da "töhfə verib". Çünki səfərdə "Çelsi"yə 0:6 uduzan debütantın matçı ilk turun ən məhsuldar oyunu olub.

    2004-cü ildən öncəki ən yüksək göstərici isə 2000/01 mövsümündə qeydə alınıb. Ancaq onda vurulan 63 qol həmin formata görə ikinci qrup mərhələsində vurulub.

    ÇL-də ilk tur üçün qol sayı

    2003/04 - 40
    2004/05 - 31
    2005/06 - 37
    2006/07 - 42
    2007/08 - 36
    2008/09 - 36
    2009/10 - 37
    2010/11 - 44
    2011/12 - 32
    2012/13 - 43
    2013/14 - 53
    2014/15 - 43
    2015/16 - 48
    2016/17 - 50
    2017/18 - 54

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3