Xəbər Lenti

    Ürfan Abbasov: “Bu, ikiqat sevinc olacaq”

    FutbolTarix: 2017-09-14 01:22:00
    ...

    Topaz Premyer Liqasının 5-ci turunda “Səbail”lə qarşılaşacaq “Qəbələ” səfər matçına hazırlığı Bakıda davam etdirir. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Ürfan Abbasov klub saytına açıqlamasında komandanın hazırlığını dəyərləndirib, rəqib və qarşıdakı matç haqda fikirlərini bildirib: 

    “Səbail”lə qarşılaşmaya ciddi hazırlaşırıq. Bütün matçlar üçün olduğu kimi yenə yüksək səviyyədə hazırlıq keçirik. Komandada yüksək əhval-ruhiyyə var. Rəqib yeni heyətə malik olsa da, çox yaxşı komandadı. “Səbail”in təkcə çempionat deyil, hətta yoxlama oyununu da izləmişəm. Vuruşan, hər top uğrunda mübarizə aparan, çox istəkli komandadı. Təbii ki, bizimlə görüşdə də xal qazanmağa çalışacaqlar. Bütün rəqiblər çempionatın hər qarşılaşmasında var qüvvəsi ilə mübarizə aparır. Buna baxmayaraq, biz də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfər oyunundan qələbə ilə dönək. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik”.

    Abbasov ilk 4 turdan sonra 7 xal toplayan komandasının çıxışını da dəyərləndirib: “Çempionatın 4 turu arxada qalıb. Yeni mövsümün böyük hissəsi hələ irəlidədi. Komandamızda yeni oyunçular olduğundan hazırda uyğunlaşma prosesi gedir. Bir müddət vaxta ehtiyac var. Düşünürəm ki, tezliklə istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Düzdü, komandanın indiki oyununu da müsbət dəyərləndirirəm. Amma daha effektli çıxış etməyimiz üçün zaman lazımdı”.

    Həm ötən turun “Zirə”, həm də qarşıdakı turun “Səbail”lə qarşılaşması Ürfan üçün əlamətdar olacaq. Çünki 4-cü turun qarşılaşması müdafiəçinin “Qəbələ”nin heyətində 161-ci oyunu olub. Bununla da Abbasov “qırmızı-qaralar”ın rekordçusu Dodoya çatıb. 2012-ci ildən bu komandada çıxış edən arxa xətt oyunçusu Premyer Liqada 130, Azərbaycan kubokunda 18, avrokuboklarda 13 görüş keçirib. Hesabında 3 qol olan Ürfan “Səbail” lə matçda meydana çıxmaqla mütləq rekordçu olacaq. Futbolçu klubun tarixində ən çox qarşılaşmaya çıxan oyunçu olması barədə də danışıb: “Bu, mənim üçün çox sevindiricidi. “Qəbələ”də ən çox oyun keçirən futbolçu olmaq əlavə məsuliyyət, əlavə stimuldu. Artıq “Səbail”lə görüşdə Dodonun göstəricisini arxada qoyub, mütləq rekordçu olmaq xoşdu. İnanıram ki, bunun ardı gələcək və daha oyun keçirib, komandamızla daha çox uğur qazanacağam. Rekordun rəsmiləşəcəyi “Səbail”lə görüşdə qazanılacaq qələbə ilə bu ikiqat sevinc olacaq”.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3