Xəbər Lenti

    Mahmud Qurbanovun rekordunu qıran tapıldı

    FutbolTarix: 2017-09-13 17:54:00
    ...

    Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb. Sport24.az xəbər verir ki, 35 yaşlı müdafiəçi qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən azərbaycanlı futbolçu olub.

    Bu, 2017/18 mövsümünün qrup mərhələsinin ilk turunun “Çelsi” ilə Londondakı görüşündə rəsmiləşib. İngilislərlə görüşə komandasını kapitan kimi çıxaran “14 nömrə” Çempionlar Liqasında 22-ci matçını keçirib. Bunlardan 21-i təsnifat, 1-i əsas mərhələ görüşüdü.

    Çempionlar Liqası həyəcanını ilk dəfə “Neftçi”də yaşayan Rəşad “ağ-qaralar”la 8 belə matça çıxıb. Onun bu turnirdəki digər 14 oyunu “Qarabağ”ın heyətində baş tutub.

    Rəşada qədər Çempionlar Liqasındakı rekordçumuz Mahmud Qurbanov idi. Ölkənin bir sıra komandaları ilə qitənin ən nüfuzlu klub turnirinə qatılan yarımmüdafiəçinin hesabında 21 oyun var.

    Pley-offun “Kopenhagen”lə Danimarkadakı görüşündə Qurbanova şərik çıxan “14 nömrə” “Çelsi” ilə matçda yeni rekordu rəsmiləşdirdi.

    Qeyd edək ki, avrokuboklarda 7 qol vuran Rəşad Çempionlar Liqasında hələ fərqlənməyib. (apasport.az)

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10