Xəbər Lenti

    "Qarabağ" antirekordunu təkrarladı: 3-cü 0:6

    FutbolTarix: 2017-09-13 20:00:00
    ...

    “Qarabağ” avrokuboklar tarixindəki antirekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Avropada aldığı ən ağır məğlubiyyəti Çempionlar Liqasının qrup mərhələsinin I turunda Londonda “Çelsi” ilə oyunda yenidən yaşayıb. Belə ki, "Qarabağ" “Stemford Bric”dəki 0:6 hesablı darmadağından daha ağır məğlubiyyət almayıb.

    Bunadəksə iki dəfə 6 top fərqi yenilgi olub. İlk 0:6 1998-ci il avqustun 13-də qeydə Danimarkada “Kopenhagen”lə Kuboklar Kubokunun ilk mərhələ matçında olub. 1 il sonra isə İntertoto kubokunun Il mərhələsində – iyulun 11-də Fransa “Monpelye”si evdə ağdamlıları 6 cavabsız qolla məyus edib.

    Göründüyü kimi, 3-cü belə darmadağın 18 ildən sonra yaşanıb. Bu, eyni zamanda "Qarabağ"ın 2008-ci ilin avqustundan baş məşqçisi olan Qurban Qurbanovun rəhbərliyi altında ən ağır məğlubiyyəti olub. “Qarabağ" Avropada son böyükhesablı məğlubiyyəti ötən il noyabrın 24-də Avropa Liqasınlın qrupun mərhələsinin V turunda Çexiyada  “Slovan”a 3 cavabsız qolla alıb.

    Xatırladaq ki, Azərbaycan klublarının 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyükhesablı məğlubiyyəti 1996-cı ildə UEFA kubokunda "Xəzri"nin debütündə - Polşada "Qutnik"dən ilk oyunda aldığı 0:9 hesablı məğlubiyyət olub. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3