Xəbər Lenti

    “10-cu Zirvə Kuboku” keçirildi

    DigərTarix: 2017-09-13 15:19:00
    ...

    Moldovanın paytaxtı Kişinyov şəhəri yaxınlığnda yerləşən İvança qəsəbəsində inşa olunmuş AAAF Park Moldova İdman və Əyləncə Kompleksində ağır atletika üzrə 10-cu “Zirvə Kuboku” keçirilib. Sport24.az xəbər verir ki, ənənəvi turnir bu dəfə açıq havada qurulan yarış körpücüyündə təşkil edilib. 

    Yarış həm Kompleksdəki idman zalların açılışı, həm də Azəbaycan millisinin sabiq üzvü, Olimpiya Oyunlarının bürünc mükafatçısı, bir müddət əvvəl gözlənilmədən dünyasını dəyişən Veliçko Çolakovun xatirəsin həsr olunub.

    Kubokda “Zirvə” Beynəlxalq İdman Klubunun ölkə xaricindəki filiallarının, hazırda təlim-məşq toplanışında olan qadınlardan ibarət yığma komandamızın, həmçinin Moldova əsas yığmasının üzvləri iştirak edib. Sinkleyr cədvəli üzrə iki qrupda – qadınlar və kişilər arasında qalib və mükafatçılar müəyyən edilib.

    Güclü cinsin nümayəndlərinin mübarizəsində moldovalı Sergey Çekir toplam 299 kq (134+165) nəticə və 389.07 xalla qızıl medala sahib çıxıb. Tribunalara toplaşan tamaşaçılar ikinci yer uğrunda böyük rəqabətə şahidlik ediblər. Belə ki, gümüş medalın sahibini cəmi 0,01 xal müəyyən edib. Polşa təmsilçisi Mateuş Sova 323 kq (145+178) nəticə ilə 384.13 xal toplayıb. O, Azərbaycan atleti, 292 kq (132+160) nəticə ilə 384.12 xal toplayan Paşa İbrahimlini çox cüzi fərqlə üstələyib.

    Qadınlarda qızıl medal Gürcüstanı təmsil edən Ukrayna əsilli atlet, toplam 270 kq (125+145) nəticə ilə 293.86 Sinkleyr xalı qazanan Anastasiya Qotfridə qismət olub. Gümüş medala toplam 190 kq (83+107) nəticə 240.19 xalı olan türkiyəli Zeynep Atakan layiq görülüb. Bürünc medalı isə Azərbaycan atleti, IV İslam Oyunlarının bürünc mükafatçısı Elnarə Abbasova boynundan asıb. O, toplam 173 kq (76+97) nəticə və 228.96 xal qazanıb.

    Yarışı izləyənlər arasında Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov, Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, Moldova Gənclər və İdman Nazirinin müavini Pavel Yanets, Orqeyev rayonunun sədri Tudor Qolub, İvança qəsəbəsinin meri Oleq Qaşper, həmçinin Azərbaycanın Moldovadakı səfirliyinin 1-ci katibi Leyla Orucova və digər mötəbər qonaqlar, həmçinin çox sayda yerli tamaşaçı olub.

    Rəsmi bağlanış mərasimində Tudor Kasapu, Pavel Yanets, Tudor Qolub və “Zirvə” İnternational Sport Clubsın direktoru və Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov çıxış edib, görülən işlər barədə məlumat verib, istər klub, istərsə də bu böyük layihənin həyata keçirilməsində böyük rolu olan hər kəsə təşəkkürlərini bildiriblər. Azərbaycan və Moldova Dövlət Himnlərinin çalınmasından sonra bədii hissə başlayıb.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0