Xəbər Lenti

    DÇ-2018-in biletləri satışa çıxır

    FutbolTarix: 2017-09-13 13:16:00
    ...

    Gələn il Rusiyada keçiriləcək DÇ-2018-in oyunlarına biletlər satışa çıxır. Sport24.az xəbər verir ki, artıq sabahdan etibarən mundialı canlı izləmək arzusunda olanlar öz biletlərini almaq şansı qazanacaqlar.

    İlk satış dönəmi 14 sentyabr – 16 noyabr tarixləri aralığında olacaq. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel aralığında satışa çıxacaq.

    Biletlərin qiymətinə gəlincə, qrup mərhələsinin oyunları 175-455 ABŞ dolları arasında dəyişir. Final matçı üçün bilet isə 550-1100 dollar arasında olacaq.

    Xaricdən Rusiyadakı mundialı canlı izləməyə gələnlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq. 3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır. 

    4-cü kateqoriya biletlər isə ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.

    Azarkeşlər bu il qonşu ölkədə keçirilən Konfederasiyalar Kubokunda olduğu kimi, dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər. Bu sistemdən keçməyən şəxslər oyunlara buraxılmayacaqlar. 

    Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq.
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0