Xəbər Lenti

    Arzular çin olanda...

    FutbolTarix: 2017-09-13 12:32:00
    ...

    Uduzdu(q). Böyük Britaniyanın nəhəng çempionuna uduzdu(q). Təməl daşı 5-ci dəqiqədə qoyulan matçda 6 dəfə mərkəzə dəvət olundu(q). 

    Ötən gecə baş tutan görüşdən öncə çempionumuzun oyununu seyr etmək üçün mavi ekran qarşısına keçən Azərbaycan vətəndaşı bir növ mazoxistlik edirdi. Bilirdi ki, qarşısındakı kimdi, ancaq buna rəğmən ekrana daha yaxın otururdu. Hə, bəzən döyüləcəyini bildikdə belə, buna doğru gedirsən. 

    Əlbəttə, daha rahat yol var idi. İndiki “Qarabağ” Avropa Liqasının qrupundan rahat-rahat çıxmaq gücündədi. Ancaq hər birimizin istədiyi bu deyildimi? Hər ötən il ömürdən gedir. Yaşa dolduqca da insan belə bir dəqiqənin uzaqlaşdığının fərqinə varır. Ancaq yaşadıq. Qoy lap mazoxist təfəkkürü ilə, ancaq yaşadıq! 

    Hə, “Çelsi” “forsaj”sız da “Qarabağ”ı darmadağın etdi. Ancaq bu, elə bir təcrübədir ki, final fitindən sonra İngiltərə çempionunun (!!!) vurduğu qolların sayı millimizin Fransadan aldığı nəticəni kölgədə qoysaydı da, üzülməyə dəyməzdi. Qəlbimizin dərinliyində bəlkə də üzüldük. Ancaq ani, çünki buna doğru əmin addımlarla özümüz irəliləyirdik. “Qarabağ”la, “Neftçi”ylə, “Qəbələ”ylə, “İnter”lə birlikdə gedirdik. 

    Bəli, Qurban Qurbanov yenə inadkarlıq göstərdi və İbrahim Şehiçə şans tanıdı. Bosniyalı qolkiper də “ənənəsi”nə sadiq qaldı və elitar rəqiblərlə oyunda qeyri-sabitliyini növbəti dəfə nümayiş etdirdi. Ancaq yəqin ki, bu, Şehiç üçün bir jest idi. Axı, Çempionlar Liqasının qruplarınadək irəliləyən “Qarabağ”ın uğurlarında az pay sahibi olmayıb...

    Beləcə, əvvəlcədən gözlədiyimiz nəticə qeydə alındı (top fərqinin prinsipial fərqi yoxdu). Nəyi tənqid edəsən? Kimin zəif oynadığını deyəsən? Əlbəttə, hər bir futbolçumuz vizavisindən zəif idi. Əksi olsaydı, həmin oyunçu “Çelsi”də oynayardı.

    Ancaq sonda ən sevindirici məqama toxunmaq istəyirəm. Mahir Mədətov oynamaq üçün şans qazandı. Mədətov üçün bu, fantastik bir dərslik idi. Və ona ayrılan 20 dəqiqədə vinger özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı. Mədətov növbəti görüşlərdə də şans qazanmalı, oynamalı, özünü sübut etməli, təcrübə toplamalıdı. İnanıram ki, Ramil Şeydayev də belə bir şansı növbəti qarşılaşmalarda qazanacaq. Onsuz da “Qarabağ” ölkə futolu adına dəfələrlə cığıraçan rolunu oynayıb. İndi də “Avropaya pəncərə” açmaq üçün əla şans yaranıb və bundan maksimum yararlanmaq lazımdı.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3