Xəbər Lenti

    "Neftçi"nin legioneri problemi tez-tez baş məşqçi dəyişikliyində görmür: "Elə bil ki, komanda tilsimlənib"

    FutbolTarix: 2017-09-12 13:40:00
    ...

    Topaz Premyer Liqasının IV turundan sonra “Neftçi”nin legioneri İqnasio Herrera Sport24.az saytına müsahibə verib. Çilili yarımmüdafiəçi komandasının “Sumqayıt”a məğlubiyyətindən və ümumi durumdan danışıb.

    - “Sumqayıt”a niyə məğlub oldunuz?

    - İlk hissədə rəqib yaxşı oynadı. Onlar çoxlu sayda qol epizodu yaratdılar. İkinci hissədə müəyyən qədər matçın taleyini dəyişə bildik. Amma qol vurmaq üçün imkan tapmadıq. Fikrimcə, daha pozitivi olub irəli getməliyik.

    - “Neftçi”nin problemi nədir?

    - Bunu bilmirəm. Düşünürəm ki, uğur bizdən üz döndərib. Elə bil ki, komanda tilsimlənib. Biz hamımız istəyirik ki, qələbə qazanaq. Futbolçular da, məşqçilər də, rəhbərlik də. Yaxşı oynasaq da, qalib gələ bilmirik. Bəxt bizdən yana olmur.

    - Komandada tez-tez baş məşqçilər dəyişir. Bu problemdir?

    - Fikrimcə, bununla əlaqəsi yoxdur. Gələn məşqçilər də uğur əldə etmək istəyir. Lakin bizə bir az bəxt lazımdır ki, özümüzə gələk. Ən böyük problemimizdir.

    - Ümumiyyətlə, komandanın nəyə ümidi var?

    - Gözləyirik. Əlbəttə ki, ümidimiz hər zaman var. Sadəcə qələbə qazanmalıyıq. Bundan sonra hər şey qaydasına düşəcək.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10